14 Fevral 2018 23:34
700
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda bir qrup şəxs arasında kütləvi dava olub.

Teleqraf.com xəbər verir ki, Mərdəkan qəsəbəsində 4 nəfər arasında mübahisə sonda bıçaqlanma ilə nəticələnib.

Dava zamanı qəsəbə sakinləri Şamo Nəsirov və Anar Əliyev bıçaqlanıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib, onlara tibbi yardım göstərilib.

Hadisəni törədən şəxslərin tutulması istiqamətində əməliyyat tədbirləri görülür.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov