16 Fevral 2018 20:13
638
12 Punto 14 Punto 16 Punto 18 Punto

Quba rayon polis şöbəsi narkotik əməliyyatı keçirib.

Teleqraf.com xəbər verir ki, əməliyyat zamanı Xaçmaz şəhər sakini, əvvəllər məhkum olmuş Əli Təhməzov saxlanılıb.

Onun üzərinə baxış zamanı bir ədəd qara rəngli sellofan bükümdə narkotik vasitə olan marixuana aşkar olunub. Ekspertiza bükülünün ümumi çəkisinin 119,094 qram olması barədə rəy verib.

Qubada Xaçmaz şəhər sakini Ələkbər Musayevin üzərindən isə 101.331 qram marixuana aşkar olunaraq götürülüb.

Hər iki faktla bağlı Quba rayon polis şöbəsində cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov