23 Fevral 2018 11:00
1 010
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri QSC-nin sədri Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Qocalı Cəbiyevə dövlət tərəfindən vəkil təyin edildiyi bildirilib. O vəkil istəmədiyini deyib: "Mənə vəkil lazım deyil".

Hakim deyib ki, vəkil təyinatı qanunvericiliyə uyğun və məcburidir.

Şücayət Əkbərovun vəkili Bəxtiyar Hacıyev cinayət işi ilə tanış olmaq üçün vaxt istəməsi barədə vəsatət verib. Məhkəmə onun vaxt istməsi barədə vəsatətini təmin etməyib.

Prosesdə zərərçəkmiş Arif Alişanov iştirak etməyib.

Proses martın 1-də davam edəcək.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.5, 29,120.2.6, 29,120.2.7, 29,120.2.10-cu (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən, tamah məqsədi ilə, başqa cinayəti gizlətməklə, daha çox şəxsi öldürməyə cəhd), 178.3.2-ci (dələduzluq), 228.3-cü (odlu silah saxlama) maddələri ilə ittiham elan edilib.
Şücayət Əkbərov 2013-cü ilin iyul ayından 2017-ci ilin yanvar ayınadək olan dövr ərzində Şamaxı rayonunda və Baki şəhərində Arif Alışanovun külli miqdarda əmlakını ələ keşirmək və ona qarşı sui-qəsd hazirlamaq məqsədi ilə mütəşəkkil dəstə yaradıb.

Mütəşəkkil dəstənin üzvləri Arif Alışanova qarşı sui-qəsd hazırlayıblar. Lakin niyyətlərini başa çatdıra bilməyiblər.

Şücayət Məmmədov Arif Alışanovun 4 milyon 641 min 696 manatlıq əmlakını ələ keçirməkdə ittiham edilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər