Gəncə şəhərində yaşayış evlərindən birinə basqın olub.
Teleqraf.com xəbər verir ki, Mingəçevir şəhərindən Gəncəyə işləmək məqsədi ilə gələn1998-ci il təvəllüdlü Əbruz Mikayıllı kirayə yaşadığı evə maskalı şəxslərin silahlı basqın etməsi barədə Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verib.
Gəncə şəhər Baş Polis İdarəsi əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində müəyyən olunub ki, Goranboy rayon sakinləri - 1997-ci il təvəllüdlü Elxan Yaqubov və 1991-ci il təvəllüdlü Adil Nuriyev dəmir barmaqlıqları qıraraq evə daxil olublar.
Soyğunçuların üzərinə baxış zaman onlardan 1 ədəd “Makarov” tipli tapançaya bənzər alışqan, 1 ədəd vint açan, 2 ədəd cib bıçağı, 2 cüt əlcək və 1 ədəd tiyəli xəncər formalı bıçaq götürülüb.
Adil Nuriyev əvvəllər məhkumluq həyatı yaşayıb. Dələduzluq etdiyi üçün o, Binəqədi rayon Polis İdarəsi tərəfindən axtarışda da olub.
Faktla bağlı araşdırma aparılır.