Kürdəmir rayon sakinindən saxta əskinaslar götürülüb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtın Nizami rayonu Q.Qarayev prospektində yerləşən “Ləzzət otağı” kafesində Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş Kamil Məmmədov 200 ədəd saxta 100 manatlıq əskinasları satarkən tutulub. Ondan əlavə olaraq 56 ədəd 100 manatlıq, 4 ədəd 50 manatlıq saxta əskinaslar da götürülüb
Faktla əlaqədar BMCMİ-nin İstintaq Şöbəsində cinayət işi başlanıb.
Hacı Zeynalov