Sumqayıt şəhərində oğurluq üstündə həbs edilən gəncin yeni cinayətləri aşakarlanıb.
Teleqraf.com xəbər verir ki, şəhər sakini Orxan Abdullayevin ətrafında Sumqayıt şəhər Polis İdarəsi 1-ci polis bölməsinin əməkdaşları tərəfindən istintaq araşdırması aparılıb.
Onun ötən ilin oktyabr-noyabr ayları ərzində şəhər ərazisində daha 5 evdən pul, elektrik naqili, təmir-tikinti alətləri, inşaat materialları, qızıl və məişət əşyalar oğurlaması müəyyən edilib.
Qeyd edək ki, Orxan Abdullayevin ötən həftə 8 evdən pul, elektrik naqili və məişət əşyaları oğurladığı müəyyən edilib və o, həbs olunub.