7 Mart 2018 23:57
775
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Məhəmməd Əmin Rəsulzadə qəsəbəsinin Azadlıq prospektində 1980-ci il təvəllüdlü Xaliq Kələntərov bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, taksi fəaliyyəti ilə məşğul olan Xaliq Kələntərov müştərisi ilə hesab üstündə dava edib. Cinayəti törədən şəxs hadisə yerindən qaçıb.

Polisin keçirdiyi əməliyyat nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Elyar Osmanov saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər