Bakının Səbail rayonunda oğurluq olub.
Teleqraf.com xəbər verir ki, rayonun S.Vurğun küçəsində yerləşən “Kingsman” geyim mağazasından ümumi dəyəri 250 manat olan pulqabı və kəmər oğurlanıb.
Videomüşahidə kameraları ilə oğurluğu törədən müəyyən edilib.
Paytaxt sakini, 1992-ci il təvəllüdlü Əli Əliyev yenidən həmin mağazaya gələrkən mühafizə polisinin əməkdaşları tərəfindən saxlanılıb.
Onun barəsində tədbir görülməsi üçün ərazi üzrə 39-cu polis bölməsinə təhvil verilib.
Faktla bağlı cinayət işi başlanıb.