Sabirabad rayonu ərazisində oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki evlərin birindən 307 manat pul və 2200 manat dəyərində qızıl əşyalar oğurlanıb.
Sabirabad rayon polis şöbəsi əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində rayon sakini Əhməd Qarayev saxlanılıb.