30 Mart 2018 22:17
3 894
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayon ərazisində yerləşən “Askar” oteldə müvəqqəti məskunlaşan Ukrayna vətəndaşı Viktoriya Burdena cinayətlə üzləşib.

Naməlum şəxs ona məxsus 2 ədəd qızıl boyunbağı və 1 ədəd bilərzik oğurlayıb.

Zərərçəkmiş baş verən oğurluq hadisəsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

Oğurluq cinayəti törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması üçün Nərimanov rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilir.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər