3 Aprel 2018 11:47
814
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda qəsdən adam öldürməkdə təqsirləndirilən Vüsal Şıxəliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası aprelin 9-na təyin edilib.

İttihama görə, hadisə ötən il Abşeron rayonunun Masazır qəsəbəsində baş verib. 1994-cü il təvəllüdlü qəsəbə sakini Vüsal Şıxəliyev qısqanclıq zəminində 1975-ci il təvəllüdlü bibisi Yeganə İmamverdiyevaya balta ilə xəsarət yetirib. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və orada ölüb. Hadisəni törədən Vüsal Şıxəliyev tutulub.

Qeyd olunub ki, Yeganə İmanverdiyeva evdə olan 500 manatdan çox pulunu başqa bir kişiyə verib. Bundan xəbər tutan Vüsal bibisi ilə mübahisə edib. Mübahisə sonda qanlı olayla nəticələnib.

Vüsal Şıxəliyev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər