Respublikanın daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirib.
Teleqraf.com xəbər verir ki, aprelin 6-da həyata keçirilən tədbirlər nəticəsində külli miqdarda narkotik vasitə götürülərək qanunsuz dövriyyədən çıxarılıb.
Nizami rayon Polis İdarəsi 24-cü polis şöbəsi əməkdaşlarının əldə etdikləri məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nəriman Tağıyevdən çəkisi 1 kiloqram 50 qram narkotik vasitə olan heroin götürülüb.
Suraxanı rayon Polis İdarəsinin 33-cü polis bölməsinin əməkdaşları isə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Eldəniz Quliyevi saxlayıblar. Ondan 450 qram marixuana aşkar edilib.
Daha bir əməliyyatı Yevlax rayon polis şöbəsi əməkdaşları keçirib. Aşağı Qarxun kənd sakini, əvvəllər məhkum olunmuş Arif Məmmədovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişidirilmiş 215 ədəd çətənə kolu aşkar edilib.
Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.
Bütün faktlarla bağlı cinayət işləri başlanıb.