İranda 3 yaşlı ögey oğlunu zorlayaraq qətlə yetirməkdə günahlandırılan manyak kişi edam edilib.
Teleqraf.com xəbər verir ki, cinayət hadisəsi 2017-ci ilin oktyabr ayında İranın Gilan əyalətinin Rəşt şəhərində baş verib.
Manyak ata 3 yaşlı ögey oğlu Əhuranı anası işə gedəndən sonra zorlayaraq, başını vəhşicəsinə divara çırpıb. Nəticədə beyninə qan sızan azyaşlı körpə yerindəcə keçinib. Qatil 3 ay əvvəl məhkəmə qarşısında ifadə verərək, törətdiyi cinayəti boynuna alıb, amma hadisə zamanı hər hansı narkotik maddədən istifadəni təkzib edib.
Uşaq zorlamaqda və qəsdən adam öldürməkdə günahlandırılan gənc qatil sübh saatlarında İranın Rəşt şəhərinin zindanında dara çəkilib.