Lənkəran rayonu, Mollakənd kəndində (rayon mərkəzindən 15 km aralı) meşə ərazisində 7 ha sahədə kol-kos, qurmuş ağaclar və kötükləri yanıb.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.