11 Avqust 2014 12:28
903
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda bədbəxt hadisə baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Türkan qəsəbəsində yerləşən daş karxanalarının birində qeydə alınıb.

Bakı şəhər sakini Bəxtiyar Mirzəyev daş emal edən kombaynın altında qalaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: