11 Avqust 2014 15:49
781
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda 11 gün əvvəl yol qəzasında xəsarət alan şəxs xəstəxanada ölüb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, iyul ayının 31-i saat 09 radələrində Nəsimi rayonu ərazisində Bakı şəhər sakini Elçin Şabanov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Albert Yunusovu vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş A.Yunusov avqustun 10-da orada ölüb.

Hacı Zeynalov


Müəllif: