26 Aprel 2018 11:48
929
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə axtarışda olan Mustafa Ceyhan Yaşar oğlunun öz ölkəsinə təhvil verilməsi barədə Azərbaycan Ədliyyə Nazirliyi və Baş Prokurorluğun təqdimatı üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə Dövlət Miqrasiya Xidmətinə göndərilən sorğuya cavab gəldiyi elan olunub.

Məktubda bildirilib ki, Mustafa Ceyhan Miqrasiya Xidmətinə sığınacaqla bağlı müraciət edib, lakin ona rədd cavabı verilib.

Daha sonra vəsatətlə çıxış edən prokuror Mustafa Ceyhanın Türkiyəyə ekstradisiya edilməsi təqdimatından imtina edilməsini tələb edib.

Daha sonra hakimlər onun sərbəst buraxılması barədə qərar elan ediblər.

İttihama görə, Türkiyə vətəndaşı Mustafa Ceyhan Fətullahçı Terror Təşkilatını (FETÖ) üzvü olmaqda ittiham edilərək, barəsində ölkəsində axtarış elan olunub. O, ötən ilin aprel ayında Gürcüstan Respublikasından Azərbaycana qanunsuz yolla keçmək istəyən zaman həbs edilib.

Qazax rayon Məhkəməsinin hökmü ilə Mustafa Ceyhan Azərbaycan Respublikasının sərhədlərini qanunsuz yolla keçməyə cəhd etməkdə ittiham olunaraq, 1 il müddətinə azadlıqdan məhrum edilib.

Daha sonra Türkiyə Respublikası Mustafa Ceyhanın ekstradisiya olunması ilə bağlı Azərbaycana müraciət edib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər