29 Aprel 2018 00:59
1 314
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə sakini özünə kəsici alətlə xəsarət yetirib.

Şəhər sakini 1990-cı il təvəllüdlü İskəndər İskəndərov bədənin müxtəlif hissələrinin kəsilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib.

İ.İskəndərovun bacısı 1988-ci il təvəllüdlü N. İskəndərova da bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, İ.İskəndərov ailə münaqişəsi zəminində həyat yoldaşı ilə dalaşan zaman ona kəsici alətlə xəsarət yetirmək istəyib. Bu zaman araya girən bacısı N.İskəndərova və özü xəsarət alıb./APA/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər