29 Aprel 2018 20:43
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəran rayonda quldurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Boladi kəndində evlərdən birinə üç nəfər maskalı şəxs girib.

Gecə yarısı evə soxulan həmin şəxslər ev sahibi olan qadına hədə-qorxu gələrək, ondan pul tələb ediblər.

Ev sahibi isə pulu olmadığını deyib. Bundan sonra həmin şəxslər evdən qaçıblar.

Zərərçəkmiş baş verən hadisə ilə bağlı polisə məlumat verib.

Əməliyyat-axtarış tədbirləri ilə cinayəti törətməkldə şübhəli bilinən kənd sakinləri olan 3 yeniyetmə saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər