Bakının Nizami rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki,Bakı şəhər sakini T.Ağasıyevanın rayon ərazisində marşrut avtobusunda içərisində 180 manatı olan pulqabısı oğurlanıb.
Qadın cibgirliklə üzləşməsi barədə 25-ci polis şöbəsinə ərizə ilə müraciət edib.
Cinayəti törədən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Cavid Ramiyar həbs edilib.
Faktla bağlı cinayət işi başlanıb.