5 İyun 2018 17:16
741
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polis əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri ərazisində ictimai nəqliyyatda cibgirliklə məşğul olan şəxs yaxalanıb.

Teleqraf.com xəbər verir ki, Gəncə şəhər ərazisindəki xətt avtobuslarında 1 qadının, 2 kişinin cibindən 90 manat, mobil telefon və 44 manat pulun oğurlanması barədə Nizami rayon Polis İdarəsinə müraciət olunub.

Dərhal əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları qısa müddətdə cinayəti törətməkdə şübhəli bilinən şəxsi müəyyən edərək saxlayıblar.

Araşdırmalarla onun Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Yusif Cabbarov olduğu məlum olub.

O, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 30 sutka müddətinə həbs olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər