6 İyun 2018 15:44
1 009
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməkdə və dələduzluqda təqsirləndirilən Vüqar Allahverdiyevin cinayət işi icraata verilib.

Teleqraf.com xəbər verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əlövsət Abbasovun icraatındadır.

Məhkəmənin hazırlıq iclası iyunun 14-nə təyin edilib.

İttihama görə, məhkum edilmiş şəxslərin və onların yaxın qohumlarının etibarından sui-istifadə etmə və ya aldatma yolu ilə onlara məxsus müxtəlif məbləğlərdə pul vəsaitlərini ələ keçirmiş şəxs barəsində Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasından Baş Prokurorluğa daxil olmuş çoxsaylı vətəndaş müraciətləri əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Müəyyən edilib ki, Vüqar Allahverdiyevin Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 7 və 13 saylı cəzaçəkmə müəssisələrində saxlanıldığı müddətdə ona telefonla olan danışıq hüququndan istifadə etməsi üçün yaradılmış şəraitdən yararlanaraq özü ilə birlikdə cəza çəkən ayrı-ayrı şəxslərin yaxın qohumlarına zəng etməklə, həmin məhkumların adlarının əfv olunan şəxslər siyahısına saldıracağını bildirib, naməlum şəxslər vasitəsi ilə Kəmalə Quliyevadan 3000 manat, Firdovsi Məmmədovdan 2500 manat, Namiq Həsənovdan 3000 manat tələb edərək alıb.

O, eyni niyyətlə İradə Məlikovadan tələb etdiyi 1500 manat pulu ələ keçirməyə cəhd edib.

Təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 178.2.2 (təkrar törədilməklə dələduzluq), 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq), 310 (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 32.4, 312.2-ci (Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət verməyə və ya təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər