7 İyun 2018 11:57
784
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda qətl hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Rəşad Hüseynov avtomobilində bıçaqlanıb.

O, xəstəxanaya yerləşdirilsə də kəskin qan itirmədən ölüb. Hadisənin kimin tərəfindən və hansı məqsədlə törədildiyi hələlik məlum deyil.

Rəşad Hüseynov taksi fəaliyyəti ilə məşğul olub. İlkin ehtimala görə o, müştərisi tərəfindən bıçaqlanaraq öldürülüb.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər