7 İyun 2018 17:38
891
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində dələduzluq etməkdə təqsirli bilinən Elnur Rəfiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Elnur Rəfiyev Solmaz Nuriyevaya 1000 manat müqabilində qızı Aygün Nuriyevanı “Kapital Bankın” Abşeron rayon filialında kredit mütəxəssisi vəzifəsində işə düzəldilməsinə kömək edəcəyini yalandan vəd edib.

O, 20 avqust 2016-cı il tarixdə Solmaz Nuriyevanın yaşadığı Sumqayıt şəhəri, 17-ci mikrorayonsakı evinə gəlib və ondan 1000 manat alıb.

İstintaq orqanı tərəfindən Elnur Rəfiyevin barəsində Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsi ilə ittiham elan edilib.

Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə Elnur Rəfiyevin barəsində olan cinayət işinə xitam verilib, o, cinayət məsuliyyətindən azad edilib.

Hökmdən narazı qalan Solmaz Nuriyeva apelyasiya şikayəti verib. O, hökmün ləğv edilməsinin, Elnur Rəfiyevin Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinməsini, ona həmin maddə ilə ən yüksək həddə cəza təyin edilməsini istəyib.

Solmaz Nuriyevanın şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib.

Hakim Nazim Mövsümovun sədrlik etdiyi kollegiyada apelyasiya şikayəti araşdırma aparılan zaman zərərçəkmiş Solmaz Nuriyeva şikayətindən imtina edib.

Buna səbəb təqsirləndirilən şəxsin ona dəymiş ziyanı tam ödəməsi olub.

Hakim heyəti zərərçəkmişə dəymiş ziyanla bağlı məhkəməyə təqdim olunan sənədləri araşdırandan sonra qərar elan edib.

Qərara görə, Solmaz Nuriyevanın apelyasiya şikayətinə baxılmasından imtina etməsi barədə şikayəti təmin edilib və şikayətə baxılmasına xitam verilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər