Gürcüstanın Marneuli rayonunun icra başçısı Temur Abazov həbs olunub.
Bu barədə Rustavi məhkəməsi qərar qəbul edib.
T. Abazovun vəkili onun 10 min lari məbləğində girov müqabilində azadlığa buraxılmasını tələb etsə də, hakim vəsatəti təmin etməyib.
İş üzrə ilkin məhkəmə dinləməsi avqustun 6-na təyin olunub.
Qeyd edək ki, Marneulinin azərbaycanlı meri Temur Abazov və Gürcüstan parlamentinin deputatı Azər Süleymanov rayon sakini Elçin Abdullayevə qarşı təhqiredici hərəkətlər törətməkdə ititham olunurlar.