Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Günəşli qəsəbəsində magistral yolun kənarında 1977-ci il təvəllüdlü Teymur Əliyev naməlum şəraitdə bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib.
Faktla bağlı cinayət işi başlanıb.