17 İyun 2018 14:23
595
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Hökməli qəsəbəsi ərazisindəki 3 evdən 5000 manat dəyərində qızıl əşyaları, kombi aparatı və təmir-tikinti alətləri oğurlaması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində oğurluğu törətməkdə şübhəli bilinəm Heybət Dadaşov həbs edilib.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov