23 İyun 2018 16:45
581
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, cari ilin aprel ayında Bərdə rayon Alpoud kənd sakini Ramin İsmayılov polis şöbəsinə ərizə ilə müraciət edərək, ona məxsus “VAZ-2107” markalı maşının oğurlandığını bildirib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Beyləqan rayon sakinləri Nurlan Məmmədli və İbrahim Feyziyev saxlanılıb.

Araşdırmalarla onların 2015-ci ildə Alpoud kəndindən daha bir “VAZ-2107” markalı maşını oğurladıqları da məlum olub.

Onların ətrafında davam etdirilən araşdırmalarla həmyerliləri Abbas Şabanov və Elmir Həsənov ilə birlikdə İmişli rayonun ərazisindən bir ədəd “VAZ-2107” və Beyləqan rayonun ərazisindən iki ədəd traktor qoşqusu oğurladıqları da müəyyən edilib.

Dindirilmə zamanı onlar törətdiyi cinayət əməlini etiraf edib.

Oğurlanan avtomobillər maddi sübut kimi götürülüb.


Müəllif: Hacı Zeynalov