27 İyun 2018 11:56
1 584
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Sərhəd Xidmətinin əməkdaşları iyunun 24-də saat 23:30 radələrində külli miqdarda narkotik vasitənin qanunsuz dövriy­yədən çıxarılmasını təmin edib.

DSX-nın mətbuat mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, həmin tarixdə Lənkəran rayonunun Vel kəndi yaxınlığındakı sahil nəzarəti məntəqəsinin xidməti sahəsində toy mərasimi üçün xüsusi bəzədilmiş “Wolks­wagen” markalı AZ 90-HC-666 dövlət nömrə nişanlı avtomobil ilə əraziyə gəlmiş 2 nəfər naməlum şəxsin hərəkətləri diqqəti cəlb edib.

Belə ki, həmin şəxs­lərin sahildən 10-15 metr aralı olan əraziyə güllərlə bəzədilmiş avtomobillə gecə vaxtı gəlmələri, onlardan birinin avtomo­bildən düşərək aralanması və əlində do­lu kisə ilə qayıtması şübhə doğurub.

Qeyd edilən şəxslər şübhəli şəxs qismində saxlanılmış, avtomobilə qoyu­lan kisənin içərisində ümumi çəkisi 8 kq 405 qram olan narkotik maddə (o cümlədən, 6 kq 115 qram tiryək, 250 qram metafetamin, 1 kq həşiş qətranı, 1 kq 40 qram heroin) aşkar olunub. Saxlanılmış vətəndaşların şəxsiyyəti dəqiqləşdirilib, onların Lənkəran rayon sakinləri 1982-ci il təvəllüdlü Məmməd Məmmədov və 1983-cü il təvəllüdlü Aqşin Kərimov olmaları müəyyən edilib.

Fakt üzrə Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən cinayət məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər