12 İyul 2018 11:01
1 206
12 Punto 14 Punto 16 Punto 18 Punto

FETÖ işi ilə əlaqədar Azərbaycanda həbs edilən Türkiyə vətəndaşı İsa Özdəmirin ölkəsinə ekstradisiyası ilə bağlı məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə baş tutan prosesdə Ədliyyə Nazirliyinin təqdimatı üzrə qərar elan edilib.

Qərara görə, nazirliyin təqdimatı təmin edilməyib və İsa Özdəmir azadlığa buraxılıb.

İsa Özdəmir Fətullahçı Terror Təşkilatına üzvü olmaqda ittiham edilir. Türkiyə tərəfindən beynəlxalq axtarışa verilən İsa Özdəmir Azərbaycanda həbs edilib.


Müəllif: Hacı Zeynalov