15 İyul 2018 00:12
583
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mingəçevir şəhərində oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, şəhər ərazisindəki mağazaların birindən 232 manat pul və tütün məmulatı oğurlanıb.

Mingəçevir şəhər polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Rövşən Quliyev saxlanılıb.


Müəllif: Hacı Zeynalov