15 İyul 2018 09:10
1 452
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Sulutəpə qəsəbəsində 1996-ci Rəvan Qasımov naməlum şəraitdə bıçaqlanıb.

Yaralı ağır xəsarətlə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Hazırda yaralının vəziyyətinin ağır olduğu bildirilir.

Məlum olub ki, Rəvan Qasımov evinin yaxınlığında bıçaqlanıb. O, həmin zaman hündürdən əxlaqsız ifadələr işlədib.

Bu zaman ona həmin ərazidə olan həmyaşdırlarından biri idarını bildirib. Deyib ki, burada anamız-bacımız var, niyə söyüş söyürsən.

Rəvan Qasımov həmin şəxsi də söyüb. Bu zaman onların arasında mübahisə davaya çevrilib.

Dava zamanı Rəvan Qasımov həmin şəxs tərəfindən bıçaqlanıb.

Cinayəti törədən həbs edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər