Bakıda əxlaqsızlıq yuvası təşkil etməkdə təqsirli bilinən Emiliya Akimovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, Qaradağ rayon Məhkəməsində hakim Rufan Mürsəlovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.
İttihama görə, Emiliya Akimova rayon ərazisində evində əxlaqsızlıq yuvası təşkil edib. O, yüngül həyat tərzi keçirən qadınların kişi müştəriləri ilə görüşməsinə şərait yaradıb.
Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində Emiliya Akimovanın evindən əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.
İstintaq orqanı tərəfindən Emiliya Akimovanın barəsində Cinayət Məcəlləsinin 244.1-ci (fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi ilə ittiham elan edilib.
İttihama münasibət bildirən Emiliya Akimova özünü elan olunmuş ittiham üzrə təqsirli bilib.
Növbəti proses iyulun 24-də davam edəcək.