Daxili İşlər Nazirliyi ötən gün respublikamızın şəhər və rayonlarında baş verən cinayət və hadisələr haqqında xüsusi açıqlama yayıb.
Teleqraf.com xəbər verir ki, ötən gün daxili işlər orqanları tərəfindən 122 cinayət faktı qeydə alınıb, onların da 24-ü “isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə, 26 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 17 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.