Bakının Qaradağ rayonunda 3 yaşlı uşağın ölümü ilə bağlı cinayət işi başlanıb.
Bakı şəhər Prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, Qaradağ rayonunda valideyn diqqətsizliyi və səhlənkarlığı ucbatından 2015-ci il təvəllüdlü Quliyeva Aytac Eşqin qızı yaşadığı binanın 6-cı mərtəbəsində yerləşən mənzilin pəncərəsindən yıxılaraq aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Ailə faciəsinə səbəb olan belə bədbəxt hadisələrin təkrarlanmaması üçün valideynlərə azyaşlı övladlarına qarşı daha diqqətli və məsuliyyətli olmaları tövsiyə edilir.