18 Avqust 2014 14:46
764
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda “TopAZ”dan oğurluq edilib.

Bu barədə Teleqraf.com-a Xətai rayon Polis İdarəsinin 35-ci polis bölməsindən məlumat verilib.

Məlumata görə, Bakı şəhər sakini Emil Əliyevə məxsus “TopAZ” mərc oyunları məntəqəsindən televizor oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Namiq Bədirov tutulub. Ondan 0,223 qram heroin götürülüb.

Hacı Zeynalov


Müəllif: