4 Avqust 2018 13:10
1 417
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həbsxanada cəza çəkən kriminal aləmdə “Dəli Samir ləqəbi ilə tanınan Samir Aslanovun işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Sabunçu rayon Məhkəməsində hakim Süleyman Ağayevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Məhkəmə onun barəsində 5 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin Samir Aslanovun barəsində çıxardığı hökm hazırkı hökmlə birləşdirilib.

İttihama görə, Samir Asalnov cəza çəkmə rejimi qaydasını pozub.

Ona qarşı Cinayət Məcəlləsinin 317-2.1-ci (çəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi) maddəsi ilə ittiham elan edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samir Aslanov 11 il müddətinə azadlıqdan məhrum edilib.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə onun barəsində olan hökm qüvvədə saxlanılıb.

İttihama görə, 2015-ci ilin martında Suraxanı rayon Polis İdarəsi əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Samir Aslanov saxlanılıb. Onda 1 ədəd avtomat və 10 qram heroin aşkarlanıb.

Samir Aslanov kriminal aləmdə Dəli Samir ləqəbi ilə tanınıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər