8 Avqust 2018 09:12
818
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün ərzində respublika ərazisində 115 cinayət faktı qeydə alınıb, onların 25-i "isti izlər"lə açılıb.

Teleqraf.com-a DİN-in mtbuat xidmətindən verlən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunub.

Bildirilir ki, axtarışda olduğuna görə ümumilikdə 21 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib: "Avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 14 nəfər xəsarət alıb".

Həmçinin, daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14 fakt müəyyən edilib: "Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb".


Müəllif: Teleqraf.com