31 Avqust 2018 11:27
2 062
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinən “Bibi” ləqəbli Sənubər Lütfəliyevanın barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanını təqdimatına baxılıb.

Teleqraf.com xəbər verir ki, Nəsimi rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə baş tutan qapalı iclasda istintaq orqanını təqdimatı təmin edilib.

Sənubər Lütfəliyevanın barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İstintaq orqanı tərəfindən Sənubər Lütfəliyevanın barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 240.1-ci (narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq yaxud emal etmək üçün avadanlığı qanunsuz satma) maddələri ilə ittiham elan edilib.

Hakim Babək Pənahovun sədrliyi ilə baş tutan digər keçirilən qapalı iclasda Sənubər Lütfəliyevdən narkotik vasitə almaqda ittiham olunan İmran İsgəndərovun da barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaq orqanı tərəfindən İmran İsgəndərovun barəsində Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə ittiham verilib.

Qeyd edək ki, avqustun 29-da Nəsimi rayon Polis İdarəsinin narkotiklərlə mübarizə şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslər saxlanılıb.

Daxil olan məlumat əsasında keçirilən əməliyyat nəticəsində paytaxt sakini əvvəllər məhkum olunmuş İmran İsgəndərov tutulub.

Onun üzərinə baxış keçirilən zaman iki büküm heroin və psixotrop maddə olan “midraks-tropikamin” aşkar olunaraq götürülüb.

Saxlanılan şəxs heroini Nəsimi rayon “Kubinka” adlanan ərazidə narkotik vasitələrin satışı ilə məşğul olan “bibi” ləqəbli şəxsdən aldığını bildirib.

Əməliyyat tədbirlərinin davamı olaraq polis əməkdaşları tərəfindən İmran İsgəndərova narkotik vasitələri satmaqda şübhəli bilinən Nəsimi rayon sakini Sənubər Lütfəliyev də saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman ümumi çəkisi 14,275 qram olan 43 büküm heroin aşkar edilərək götürülüb.

Sənubər Lütfəliyeva ifadəsində bir müddətdir ki, narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

"Bibi" ləqəbli Sənubər Lütfəliyeva istintaqa verdiyi ifadəsində bildirib ki, 3-4 ildir heroin alqı-satqısı ilə məşğul olub.

Onun sözlərinə görə, narkotik vasitələri tanımadığı adamdan alıb.

Sənubər Lütfəliyeva bildirib ki, bir qram narkotik vasitəni 4 yerə bölüb və hər birini 10 manata satıb: "Narkotik vasitələri öz evimdə satırdım. Uşaqlar da gələrək narkotik vasitəni evdən götürüdülər".

Digər saxlanılan İmran İsgəndərov qeyd edib ki, "Kubinka" deyilən ərazidə narkotik vasitəni Sənubər Lütfəliyevadan alıb: "20 manat pul verdim, iki büküm "mal" aldım. Malı alandan sonra bir az aralaşdım, bu zaman polislər məni tutdular. Ara-sıra narkotik vasitələri Sənubər xanımdan alırdım".

Hazırda istintaq hərəkətləri davam edir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər