3 Sentyabr 2018 11:11
1 272
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsmayıllı rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Təzəkənd kənd sakini olan bir nəfərin 4800 manat pulu oğurlanıb.

İsmayıllı rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Kəmalə İsmayılova saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər