5 Sentyabr 2018 11:14
1 596
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağcabədi rayonunda qətl hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayon ərazisində yerləşən “Qızıl Saray” şadlıq evində keçirilən toy məclisində 1990-cı il təvəllüdlü Qurban Qurbanzadə 1978-ci il təvəllüdlü Zaur Sadıqovu bıçaqlayıb.

Yaralı xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Cinayəti törədən və hadisə yerindən qaçan Qurban Qurbanzadə polis əməkdaşları tərəfindən yaxalanıb.

Məlumata görə, Qurban Qurbanzadə toy mərasimində rəqs edib. Bu zaman Zaur Sadıqov Qurbanın sifariş verdiyi musiqinin ifa edilməsinə mane olub.

Buna görə də onların arasında mübahisə yaranıb.

Mübahisə sonda qanlı olayla nəticələnib.

Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər