Siyəzən rayonunda bıçaqlanma hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Siyəzən rayon Polis Şöbəsindən məlumat verilib.
Məlumata görə, rayon sakini Vasif Zeynalov naməlum şəraitdə bıçaqlanıb. O, ağır bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vasif Zeynalovun vəziyyətinin ağır olduğu bildirilir.
Vasif Zeynalov özünə gəlmədi üçün dindirmək mümkün olmayıb. Buna görə də onun kim tərəfindən bıçaqlandığı məlum deyil. Hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində tədbirlər görülür.
Faktla bağlı Cinayət Məcəlləsinin 126-cı (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov