20 Avqust 2014 11:26
642

3 saylı istintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Bu barədə Teleqraf.com-a Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan Vahid Engilis oğlu Eminovun tanışı, Bakı şəhəri, Q.İlkin küçəsində fərdi evdə yaşayan Zaur Tapdıq oğlu Məmmədovun gətirdiyi sovqata baxış keçirilib.

Baxış zamanı onun göyəm mürəbbəsinin içərisində gizlədilmiş, xalis çəkisi 3,748 qram olan narkotik vasitə tiryək aşkar edilib.

Vahid Eminov Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3 maddələrinə əsasən həbs edilib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: