Ağdaş rayonunda oğurluqla məşğul olan şəxslərin tutulması üçün əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Ağdaş rayon polis şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Qəbələ rayon sakini İsgəndər Zərbalıyev, Gürcuvan kənd sakini Nurlan İsrayılov və Yevlax rayon sakini Rasim Xəlilov saxlanılıblar.
Dəstə üzvləri sentyabrın 14-də rayon ərazisindəki şirkətlərin birindən 1700 manat dəyərində inşaat materialları oğurlamaqda şübhəli biliniblər.
Faktla əlaqədar cinayət işi başlanıb.