Bakının Səbail rayonunda bədbəxt hadisə baş verib.
Bu barədə Teleqraf.com-a Səbail rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Sabirabad rayon sakini Pünhan Musayev işlədiyi binanın 5-ci mərtəbəsindən yıxılıb. O, hadisə yerində ölüb. Pünhan Musayev inşa olunan 8 mərtəbəli binanın 5-ci mərtəbəsində təmizlik işləri aparakən yıxılıb.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov