2 Oktyabr 2018 12:31
1 067
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirli bilinən Vüsal Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəkər Məmmədovanın sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Vüsal Qurbanov 4 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Sabunçu rayonunun Məhəmmədi qəsəbəsində yerləşən “Odlar Yurdu” kafesində Vüsal Qurbanov tanışı Tələt Həsənovla birlikdə yeyib-içib.

Bu zaman Tələt Həsənov həmin kafedə olan iki qadına söz atıb. Tələtin bu hərəkəti Vüsal Qurbanova xoş gəlməyib və ona iradını bildirib. Bu səbəbdən mübahisə ediblər. Kafedən çölə çıxan tanışlar əlbəyaxa olublar.

Vüsal Qurbanov Tələt Həsənovu bıçaqlayıb. Vaxtında xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər