Bakının Yasamal rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki evlərin birindən 2 ədəd mobil telefon oğurlanıb.
26-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törtəməkdə şübhəli bilinən Goranboy rayon sakini Kənan Süleymanov saxlanılıb.