Bakının Nəsimi rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki 2 mağazada işləyən 2 qadın satıcının mobil telefonların oğurlanması barədə 22-ci polis şöbəsinə məlumat verilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Vüqar Xəlilov saxlanılıb.
Araşdırma zamanı onun borclu şəxs qismində axtarışda olması da müəyyən edilib.
Məlum olub ki, Vüqar Xəlilov əvvəllər də məhkum olunub.
Faktlarla bağlı araşdırmalar aparılır.