Fövqəladə Hallar Nazirliyi Qəbələ rayonunda baş verən yanğınla bağlı açıqlama yayıb.
Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Qəbələ rayonunda ümumi sahəsi 200 kvadratmetr olan ikimərtəbəli altıotaqlı evdə yanğın baş verib.
Hadisə nəticəsində ev 168 kvadratmetr sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı Suriya vətəndaşı, 1995-ci il təvəllüdlü Alhamidi Arvanın cəsədi yanğınsöndürənlər tərəfindən aşkarlanıb.
Həmçinin müxtəlif yanıq xəsarətləri almış altı nəfər Suriya vətəndaşı xəstəxanaya aparılıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.