Kriminal aləmdə "Ara Noratuçi" kimi tanınan məşhur avtoritet Ara Banduryan həbs edilib.
Teleqraf.com xəbər verir ki, o, Ermənistanın paytaxtı İrəvan şəhərində polislər tərəfindən saxlanılıb.
Avtoritetin saxlanılmasına səbəb onun şəhərin mərkəzi küçəsində yerləşən “Hukman” adlı gecə klubunda odlu silahdan atəş açması olub.
Polis hadisənin videogörüntülərini əldə etdikdən sonra Ara Noratuçini saxlayıblar.
Polis bölməsinə gətirilən avtoritetin barəsində cinayət işi açılıb.